Samboçumuz ermənilərdən üzr istəyib?

31-03-2015, 19:03   
Samboçumuz ermənilərdən üzr istəyib?
“Azərbaycanlı samboçu Moskvada dünya çempionatının mükafatlandırma mərasimindəki hərəkətinə görə üzr istəyib”. Musavat.com erməni saytına istinadən xəbər verir ki, bunu Ermənistanın Sambo Federasiyasının sədri Levon Ayrapetyan bildirib.

“Erməni idmançı Aşot Danileyan çempionatda qızıl medal qazandı. Azərbaycanlı Bəxtiyar Abbasov isə belarus Sergey Lesyakla üçüncü yeri bölüşdülər. Ermənistanın himni səslənərkən azərbaycanlı idmançı qalib ölkənin himni olaraq, onu ayaq üstə dinləmək əvəzinə - hansını ki, hər bir idmançı edir - nümayişkaranə şəkidə oturdu” – federasiya rəhbəri bildirib.

“Bu, etiket normalarının pozulması idi və konkursda iştirak edən Azərbaycan rəhbərliyi tərəfindən də neqativ qarşılandı. Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi mənə yaxınlaşaraq şəxsən üzr istədi və əmin elədi ki, onlar idmançı ilə izahat işi aparacaqlar. Pyedestaldan enən azərbaycanlı idmançı da Aşot Danielyana yaxınlaşdı və üzr istədi” - əlavə edib Ayrapetyan.

Qeyd edək ki, yarışları izləmiş Azərbaycanın Rusiyadakı səfiri Qüdsü Osmanov artıq bu iddianı təkzib edib və onu uydurma adlandırıb.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.