13 yaşlı qızı zorlanan qadının intiqamı amansız oldu

12-05-2014, 15:51   

İspaniyada böyük rezonans doğuran məhkəmə prosesi başa çatıb. Alikante(Valensiya) vilayətində namus üstündə qətl törədən qadına hökm oxunub. Qadın qızını zorlayan kişidən intiqam alıb. Məhkəmənin hökmü ilə Mariya del Karmen Qarsiya 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Əvvəlcə ona 9,5 il həbs cəzası verilib. Lakin sonradan, qadının qətli törədərkən affekt vəziyyətində olduğu məhkəmə tərəfindən nəzərə alınıb. İstintaq materialına görə, öldürülən Antonio Kosme Mariyanın 13 yaşlı qızı Veronikanı zorlayıb. O, həbs edilsə də, 2005-ci ildə vaxtından əvvəl həbsdən azad edilib. Benexuzar şəhərinə qayıdan Antonio iyunun 13-də küçədə Mariya ilə qarşılaşıb. "Sənin qızın necədir?", - təcüvazkar Kosme Mariyadan soruşub. Belə aşağılayıcı suala dözməyən ana elə həmin gün benzin alaraq, Kosmenin olduğu bara gedib. Orada Mariya onun üzərinə benzin tökərək yandırıb. Kosme hospitala aparılsa da, bir neçə gündən sonra ölüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.