Nigeriyada silahlılar tərəfindən oğurlanmış 100 qızın yeni videosu yayılıb. Məlumata görə, videogörüntüləri internetə "Boko Haram" silahlılar qrupunun lideri Abubəkir Şekay buraxıb. O, qızların görüntüləri ilə bərabər danışıqlara hazır olduğunu bildirib və öz bəyanatını da verib. Abubəkir saxlanılmış bütün silahdaşları azad edilməyənə qədər qızların buraxılmayacağını bildirib. Onun sözlərinə görə, əsir götürdükləri qızlar dinlərini dəyişərək müsəlman olublar. Bu gün paylaşılan videoda qızların Qurandan ayələr oxuyurlar. Xatırladaq ki, "Boko Haram" silahlı qrupu 14 aprelin Nigeriyada 200-dən çox qızı oğurlayıb.
[media=https://www.youtube.com/watch?v=DsxGjAsOaNg]