Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan "Fənərbaxça" futbol klubunun kapitanı Emre Belözoğluna zəng vurub. Ərdoğan məşhur futbolçunu "Fənərbaxça"nın çempion olması münasibəti ilə təbrik edib:
"Başda sən olmaqla bütün komandanın bütün üzvlərini qələbə qazandıqlarına görə təbrik edirəm", deyə baş nazir bildirib.
Qeyd edək ki, "Fənərbaxça" klubu Türkiyə Super Liqasının 19-cu çempionu tituluna sahib olub. Klub üzvlərinin qələbəni bayram etdikləri zaman maraqlı hadisə yaşanıb.
Təşəkkür nitqi üçün tribunaya çıxan klub prezidenti Əziz Yıldırım bəzi azerkeşlərin klubun sabiq futbolçusu Aleks lehinə şüarlar səsləndirməsindən sonra bərk qəzəblənib. Yıldırım şüarların atıldığı istiqamətə dönərək mikrofondan yüksək səslə reaksiyasını göstərməyə başlayıb. Tərəfdarlara qarşı çox ağır sözlər səsləndirən klub prezident onları "muzdlu itlər" adlandırıb.
Əziz Yıldırımın bu çıxışından sonra digər azerkeşklər klub prezidentinə alqışla dəstək verib. Yıldırım tərəfindən sərt şəkildə təhqir olunan tərəfdar qrupu isə digər tribunalardan da gələn reaksiyalardan sonra stadionu tərk etməyə məcbur olub.