Bakının Xəzər rayonunda yerləşən kafelərdən birində əxlaqsızlıq yuvası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib. Məlumata görə, əxlaqsızlıq yuvası rayonun Qala qəsəbəsində aşkarlanıb. Culfa rayon sakini, 1974-cü il təvəllüdlü Əqil Əli oğlu Əliyevin Qala qəsəbəsində yerləşən “Köhnə Qala” kafesində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. İdarə əməkdaşları həmin kafedə əxlaqsızlıq yuvasının saxlanılması ilə bağlı əməliyyat məlumatı alıblar. Məlumatı alan idarə əməkdaşları kafedə əməliyyat keçiriblər. Əməliyyat nəticəsində kafenin gizli otaqlarında qadınları fahişəliyə cəlb olunması aşkar olunub. Faktla bağlı araşdırma aparılır.