“Üsyan” mahnısına görə Xatirəyə brilyant hədiyyə etdilər

19-04-2014, 12:56   
“Üsyan” mahnısına görə Xatirəyə brilyant hədiyyə etdilər
Müğənni Xatirə İslam türkiyəli ifaçı Halil Sezainin “Üsyan” mahnısını repertuarına daxil edib.
anaxeber.info-ın məlumatına görə, sənətçi bəstəni ilk dəfə ATV telekanalında yayımlanan “Gündəlik” verilişində səsləndirib. X.İslam onu eksklüziv olaraq aparıcı Mətanət Əliverdiyevanın verilişi üçün hazırladığını bildirib:“Bu mahnı üzərində çoxdan çalışıram. Mətanət verilişə dəvət edəndə qarşıma məqsəd qoydum ki, onu efirə çatdırmalıyam. Onu özəl olaraq Mətanət Əliverdiyevanın verilişi üçün hazırlayıb, səsləndirdim. Hər kəs Mətanəti efirdən başqa cür tanıyır. Amma mən onu yenidən kəşf etdim. O xanıma xüsusi hörmətim var. Ona heyran oldum”.Qeyd edək ki, Xatirə ötən gün “Üsyan” mahnısını toyda da oxuyub. Sənətçinin ifasını bəyənən toy sahibi ona brilyant qaşlı üzük hədiyyə edib.
[media=http://www.youtube.com/watch?v=g0ud_QN6_MU]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.