Son zamanlar cəmiyyət arasında müzakirə olunan məsələlərdən biri də orqanları bağışlamaq mövzusudur. ANS tv-nin aparıcısı Elgiz Əkbər də orqanlarını bağışlayacağını açıqlayıb. ANS telekanalında yayımlanan "Adam içində" verilişinin aparıcısı canlı yayımda şok açıqlama verib:
"Vəsiyyət etmişəm ki, mən öləndən sonra orqanlarımı ehtiyacı olan xəstələrə bağışlasınlar".İnsanların işi orqan alverçilərinin əlinə keçməsin deyə bu addımı atıb. "Mən öləndən sonra yaxşılıq etmiş olsam çox rahat olaram".