Əməkdar artist Elza Seyidcahanın başına iş gəlib
Tədbirlərin birində maşını ilə lent.az-ın foto-kameralarına tuş gələn müğənni “Jeep” markalı, “10 LZ 799” dövlət seriyalı avtomobilinin şüşəsinin naməlum şəxslər tərəfindən sındırıldığını söylədi:
“Bu yaxınlarda oğlumun toyu oldu. Onun toyundan bir neçə gün keçmişdi ki, maşınımın qabaq şüşəsini qırıq vəziyyətdə gördüm. Bunu edənlər gec-tez cəzalarını çəkəcəklər. Dünya malı gəldi-gedərdir. Təki canımıza bir şey olmasın”.
Qeyd edək ki, “Jeep” markalı avtomobilin qiyməti 70 minə yaxındır.