İranda kran binanın üstünə aşıb. Hadisə bu gün səhər saatlarında paytaxt Tehranda Cənubi Dibaci küçəsində baş verib.
Kranın beşmərtəbəli evin üstünə aşması nəticəsində 2 nəfər ölüb. Daha 2 nəfər isə xəsarət alıblar.
Hadisə nəticəsində binanın dam örtüyü və divarının bir hissəsi uçub, qonşuluqdakı binaya da ziyan dəyib.
Qeyd edək ki, bu ilk belə hadisə deyil. Belə ki, 25 ton çəkisi olan kran aprel ayında binanın üstünə aşmışdı. Martda baş verən anoloji hadisə nəticəsində də 2 nəfər ölmüşdü.