Azərbaycan Prezidenti İlham Əliyev Hacıbala İbrahim oğlu Abutalıbovu "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hacıbala İbrahim oğlu Abutalıbov "Şərəf" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, bu gün H. Abutalıbovun 70 yaşı tamam olur.