Məşhur aktyorlar, Hollivud ulduzları Bred Pitt və Ancelina Colinin qeyri-rəsmi nikahlarında doğulmuş Şilo Coli Pitt qız olsa da, oğlan təki geyindirilir.
2006-cı ildə Namibiyada dünyaya gələn Şilo böyük qardaşı Paks Tyen Coli Pittlə oynamağı çox sevir.
Qız oğlan paltarı geyinir, oğlanlarla oynayır.
Ancelina Coli də qızının oğlan kimi davranmasından əsla narahat olmadığını deyib: "O, oğlan olmaq istəyir. Bu, qızım Şilonun öz seçimidir və mənim də maneələr yaratmaq fikrim yoxdur. Paltarlarını isə özü seçir, özü geyir. Mən əsla qarışmıram".
Məşhur uşaq stilisi Zoi Veşinqton isə aktrisanın yalan danışdığını vurğulayıb: "Ancelina Coli az qala hər müsahibəsində deyir ki, qızı Şilo paltarlarını özü seçir. Yalandır. Balaca qızın geyimlərini belə uyğun seçməsi mümkün deyil. Coli özü qızını oğlan edir".