"Barselona"nın futbolçusu Neymar La Liqada Madrid "Atletiko"su ilə keçirəcəkləri matça hazır olduğunu deyib.
Braziliyalı hücumçu bildirib ki, zədəsi tam sağalmaq üzrədir:
"Atletiko" ilə görüşdə oynamaq istəyirəm. Özümü yaxşı hiss edirəm. Müalicəm bitmək üzrədir. Matç gününə kimi tam hazır olacam"
Qeyd edək ki, Braziliya yığması Neymarın yenidən zədələnməsinin qarşısını almaq üçün "Barselona"dan futbolçunu bu matçda oynatmamasını istəmişdi.