Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Skolari: "Yeganə məqsədimiz çempion olmaqdır"

14-05-2014, 15:04   
Skolari: "Yeganə məqsədimiz çempion olmaqdır"
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari iddialı açıqlamaları ilə diqqət çəkib.

"Globo"ya danışan təcrübəli mütəxəssis komandasının qarşıdakı mundialda yalnız çempoionluğa oynayacağını bildirib:

"Braziliya millisinin bir məqsədi var ki, o da çempion olmaqdır. Üzərimizdə təzyiq hiss etmirik. Futbolçular sakitdirlər. Öz gücümüzü meydanda sübut etməliyik. Braziliyanın ən yaxşı komanda olması üçün əlimizdən gələni edəcəyik. Komandaya güvənirəm, çünki bu, mənim ilk mundialım deyil. Əvvəlki turnirlərlə müqayisədə, bu dəfə daha istəkliyik".

Qeyd edək ki, Braziliya yığması mundialın A qrupunda Xorvatiya, Meksika və Kamerun milliləri ilə mübarizə aparacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar