Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan Ermənistana qarşı

15-05-2014, 14:01   
Azərbaycan Ermənistana qarşı
Bu gün İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kubokunun qrup görüşlərinə start verilir.

Yarışda Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edir.

Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayır.

Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçirilir.

I dövrə - Azərbaycan - İran 0-4
59 kq - Taleh Məmmədov - Həmid Sorian 1:1*
66 kq - Azad Əliyev - Omid Noroozi 6:7
71 kq - Rüstəm Əliyev - Səid Abdevali 0:9
75 kq - Elvin Mürsəliyev - Farşad Əlizadə 1:7
80 kq - Emin Əhmədov - Həbibulla Əxlaqi
85 kq - Şəhriyar Məmmədov - Taleb Nemətpur
98 kq - Araz Həsənov - Mehdi Əliyari
130 kq - Valera Rodriqes - Bəşir Babacanzadə

II dövrə - Ermənistan - Azərbaycan
III dövrə - sərbəst
IV dövrə - Azərbaycan - Koreya
V dövrə - Azərbaycan - Finlandiya
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar