Azərbaycan güləşçisi Natalya Sinişina Oyunları bürünc medalla bitirib. Ukraynalı Tatyana Kitlə güləşən Sinişina cütün taleyini vaxtından əvvəl həll edib – 10:0.
Natalya Sinişina mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşı idmançımızın 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb (10:0). Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və bu rəqibə də böyük güc sərf etməyib. O, yenə görüşü vaxtından əvvəl bitirib - 12:0. Natalya yarımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin milliləşdirilmiş legionerimiz uğurun davamını gətirə bilməyib. İdmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib.
Buna baxmayaraq, o bürünc medal uğrunda çıxışını davam etdirib. Ukraynalı Tatyana Kitlə güləşən Sinişin cütün taleyini vaxtından əvvəl həll edib – 10:0. Onun qazandığı bürünc medalla da millimizin hesabındakı mükafatların sayı 16-ya (7-2-7) çatıb. (Apasport.az)