Məşhur futbolçu Didye Droqba Soma faciəsində həlak olanların ailəsinə 1 milyon avro yardım edəcək. Bu barədə Tvitter sosial şəbəkəsində xəbər yayan istifadəçilər futbolçunun addımının nümunəvi olduğunu qeyd edirlər. Xatırladaq ki, Didye Droqba hazırda Türkiyənin “Qalatasaray” futbol klubunda forma geyinir.