Ərdoğan kürd muxtariyyətinin lideri ilə görüşdü

17-04-2014, 05:28   
Ərdoğan kürd muxtariyyətinin lideri ilə görüşdü
Görüşdə Türkiyə ilə kürd muxtariyyəti arasındakı enerji əməkdaşlığı müzakirə olunub
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı kürd muxtariyyətinin idarə heyətinin rəhbəri Neçirvan Bərzani ilə görüşüb.
anaxeber.info-ın məlumatına görə, bu barədə TRT telekanalı məlumat yayıb.
Görüşdə Türkiyə ilə kürd muxtariyyəti arasındakı enerji əməkdaşlığı müzakirə olunub. Həmçinin boru kəməri ilə neftin nəqli, Suriyadakı vəziyyət, yeni nəzarət buraxılış məntəqələrinin açılışı, eləcə də iqtisadi və ticari sazişlər müzakirə edilib.
Qeyd edək ki, rəsmi Bağdadın etirazlarına baxmayaraq Türkiyə Şimali İraq Kürd Muxtariyyəti ilə enerji əməkdaşlığı etməkdə israr edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.