“Fənərbaxça ”, “ Beşiktaş “ ın imtina etdiyi brazilyalı futbolçu Dieqo Ribası transfer edib. Aziz Yıldırım birbaşa olaraq oyunçunun özü ilə görüşüb və Dieqo ilə razılıq əldə olunub.
Sezonu çempion tamamlayan “ Fənərbaxça “ “ Atletiko Madrid “ də icarə əsasında oynayan Dieqo Ribas de Cunhanı transfer edib. Uzun müddət “ Beşiktaş “ klubunun danışıqlar aparığı və sonda transferindən imtina etdik deyən brazilyalı oyunçu və meneceri olan atası ilə “ Fənərbaxça “ klubu razılıq əldə edib. Sezon sonu sərbəst qalacaq 29 yaşlı ulduzla 3 illik müqavilə imzalanıb. Dieqo “ Fənərbaxça “ dan illik 3.6 milyon avro qazanacaq. Qeyd edək ki, brazilyalı oyunçu “ Fənərbaxça ” da 10 nömrəli formanı geyinəcək.