Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zidan: "Ronaldo dahidir"

18-05-2014, 21:38   
Zidan: "Ronaldo dahidir"
"Real" (Madrid) klubunda köməkçi məşqçi işləyən Zinəddin Zidan komandanın hücumçusu Kriştiano Ronaldo haqda danışıb.
"The Times" qəzetinə açıqlama verən veteran futbolçu portuqaliyalı oyunçu haqda xoş sözlər deyib:
"Hər gün Ronaldonun məşqini izləyirəm, Onun istedadı insanı valeh edir. Əminliklə onu dahi adlandırardım".
Fransız canlı əfsanə Messi və Ronaldonu müqayisə etmək istəməyib: "Real"ı təmsil etdiyim üçün bu haqda fikir bildirməyim düzgün olmaz. Messi də xüsusi bir istedada malikdir. Hərəsinin özünəməxsus üstün cəhətləri var. Futbolu sevən bir insan kimi hər ikisinin oyunundan zövq alıram".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar