Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əfsanəvi idmançı öldü

19-05-2014, 11:00   

Əfsanəvi idmançı, “Formula-1” yarışları üzrə üçqat çempion Cek Brebhem vəfat edib.

Brebhem uzun sürən xəstəlikdən sonra Avstraliyada yaşadığı evdə 88 yaşında ölüb.

“Bu bizim üçün çox kədərli xəbər oldu. Mənim atam 88 yaşında vəfat etdi”, - deyə idmançının oğlu bildirib.

Qeyd edək ki, Bredhem F-1 yarışlarında ilk dəfə 1955-ci ildə çıxış etmişdi. 1959 və 60-cı ildə “Kuper” komandasının, 66-cı ildə isə özünün yaratdığı “Brebhem” komandasının tərkibində çempion olub.

Brebhem həmçinin, Britaniya imperiyasının ordeni ilə də təltif olunmuşdu.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar