2014/2015 mövsümündə Çempionlar Liqasının (ÇL) qrup mərhələsində birbaşa iştirak etmək hüququ qazanan bütün 22 komanda məlum olub.
Onlardan 12-si öz ölkələrində çempion olan komandalardır: “Atletiko” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Benfika” (Portuqaliya), PSJ (Fransa), “Şaxtyor” (Ukrayna) ÇSKA (Moskva, Rusiya), “Ayaks” (Hollandiya), “Anderlext” (Belçika), “Olimpiakos” (Yunanıstan), “Bazel” (İsveçrə).
Çempionlardan əlavə “Barselona”, “Real" (hər ikisi İspaniya), "Liverpul", "Çelsi" (hər ikisi İngiltərə), "Borussiya" (Dortmund), "Şalke-04" (hər ikisi Almaniya ), "Roma" (İtaliya), "Sportinq" (Portuqaliya), "Monako" (Fransa), "Qalatasaray" (Türkiyə) da birbaşa qrup mərhələsinə vəsiqə əldə ediblər.
Daha 10 komanda təsnifat oyunlarından sonra - avqustda bəlli olacaq