“Real” İspaniya kubokunu qazandı

17-04-2014, 05:47   
Valensiyanın "Mestalla" stadionunda keçirilən görüşdə Madrid klubu 2:1 hesabı ilə qalib gələrək İspaniya kubokunu qazanıb
Futbol İspaniya kubokunun yeni qalibi müəyyən olunub.
anaxeber.info-ın xəbərinə görə, həlledici final görüşündə əzəli rəqiblər - "Barselona" və "Real" (Madrid) klubları üz-üzə gəlib.
La Liqada çempionluq uğrunda amansız mübarizə aparan komandalar bu dəfə kubokda münasibətlərinə aydınlıq gətiriblər.
Matçda ilk qolu birinci hissədə "Real"ın oyunçusu Di Maria vurub. Fasilədən sonra "Barselona" bərabərlik qolunu vurub. Lakin əsas vaxtın bitməsinə 5 dəqiqə qalmış "Real"ın hücumçusu Beyl topu meydanın özlərinə aid olan hissəsində ələ keçirərək uzun reyddən sonra qələbə qolunu vurub.
Beləliklə, Valensiyanın "Mestalla" stadionunda keçirilən görüşdə Madrid klubu 2:1 hesabı ilə qalib gələrək İspaniya kubokunu qazanıb.
16 aprel, İspaniya kuboku, final
00:30. "Barselona" - "Real" (Madrid) - 1:2
Qollar: Di Maria, 11 (0:1), Bartra, 68 (1:1), Beyl, 85 (1:2)
[media=http://www.youtube.com/watch?v=R0415_wP8zA]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar