Son zamanlar adı "Barselona" ilə hallanan "Borussiya"nın baş məşqçisi Yurgen Klopp yayılan iddialar haqda ilk dəfə danışıb.
anaxeber.info -ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis heç bir yerə getməyəcəyini deyib:
"Barselona" iddiaları "Borussiya"dan heç kəsi narahat etməsin. Hazırkı klubumda xoşbəxtəm".
Qeyd edək ki, Y.Kloppun mövsüm başa çatdıqdan sonra Kataloniya klubunda Xerardo Martinonu əvəzləyəcəyi iddia edilirdi.