Azərbaycan prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına dövlət səfəri mayın 19-da başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Hanoyun Noi Bai beynəlxalq aeroportunda İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Vyetnamın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola salıblar.
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü zirvə toplantısında iştirak etmək üçün elə həmin gün - mayın 19-da Çin Xalq Respublikasına işgüzar səfərə gedib.
Şanxayın Pudong beynəlxalq aeroportunda prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Çinin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.