Ukrayna Prezidenti səlahiyyətlərinin icraçısı, Ali Radanın spikeri Aleksandr Turçinov çıxış edib ki, hakimiyyət güclü yerli özünüidarəetmədə maraqlıdır. Bu barədə anaxeber.info İTAR-TASS agentliyinə istinadən məlumat verir.
"Mən Şərqdəki sakinlərə çatdırmaq istəyirəm ki, hakimiyyət onlar kimi də güclü yerli özünüidarəetmədə, bir çox iqtisadi və sosial məsələlərin müstəqilliyində, həmçinin maliyyə təminatı məsələsində sərbəstlikdə maraqlıdır", - Turçinov bu sözləri parlamentin saytında yerləşdirilmiş məlumatda bildirib.
"Ukrayna" telekanalına müsahibəsində o, bildirib ki, hakimiyyət çalışır ki, yerlərdə "regionlara görə cavab verən" rəhbərləri özləri seçsinlər.
Turçinovun fərziyəsinə görə, hakimiyyət konstitusiyaya müvafiq dəyişiklik etmək istəyir.
"Ümidvaram ki, mayın sonuna qədər konstitusiya dəyişikliklərinə birinci oxunuşda və ümumən Konstitusiya məhkəməsinin nəticələrindən sonra bu ilin sentyabr-oktyabr aylarında səs verə biləcəyik", - Turçinov bildirib.