“Leyli və Məcnun sevgisi heç vaxt bitmir”
Elşad Xosenin sosial şəbəkədəki hesabında paylaşdığı foto, Oksananı dilə gətirib.
“ATV Maqazin”ə istinadən xəbər verir ki, Oksana, Elşadın bu addımından şad-xürrəm olub.
O, sözügedən rəsmin iki il bundan əvvəl Elşadın özünün çəkdiyini deyib.
“Elşad portreti toy günümüzdə hədiyyə etmişdi. Elə indi də evimdə çərçivəyə alıb, saxlamışam. Hətta media işçiləri dəfələrlə evimdə çəkiliş də edib.”
Rəqqasə, Elşadın rəsmi paylaşamasında təəccüblü bir şeyin olmadığını da deyib.
“Əl işlərindən biridir. Niyə də paylaşmasın axı? Hər insana nəsib olmur ki, sevdiyi insandan belə hədiyyə alsın“.
Oksana bir ildən çoxdur ki,ürəyinin boş olduğunu deyir.