Dünyanın ən yaşlı pişiyi 114 yaşını qeyd edir

21-05-2014, 10:55   
Dünyanın ən yaşlı pişiyi 114 yaşını qeyd edir
Ginnesin Rekordlar Kitabına düşən Poppi adlı pişik insan yaşı ilə hesablandıqda 114 yaşını qeyd edir. “Axar.az” xəbər verir ki, dünyanın ən yaşlı pişiyi hesab edilən bu pişik 1990-cı ilin fevral ayında dünyaya gəlib. Hazırda onun əslində 24 yaşı var. Poppinin sahibi Jasqui Vest deyir ki, bu illər ərzində pişik dəfələrlə ölüm həddinə çatsa da, nəticədə sağ qala bilib. Bir pişik üçün 24 illik ömür həddi olduqca uzun olduğundan, o artıq qocalmış hesab olunur. 24 yaşında olan bir pişik özünü 114 yaşında olan bir insan kimi hiss edir. Poppi hazırda dünyanın ən yaşlı insanı olan yaponiyalı Misao Okaşadan 2 yaş cavandır. 114 yaşlı pişiyin artıq uzun müddətdir ki, nə gözləri görür, nə də qulaqları eşidir. Ancaq vaxtı-vaxtında qidalandığı üçün bu günə qədər yaşaya bilir. Poppinin sahibləri ona mütəmadi olaraq KFC toyuqları, kabab və çipsilər də yedizdirir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.