Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Təhsil sistemində qanunsuzluqlar var”

17-04-2014, 05:59   
“Təhsil sistemində qanunsuzluqlar var”
Təhsil naziri Mikayıl Cabbarov sistemin daxilində qanuna zidd işə qəbul edilən xeyli sayda insan olduğunu deyib
Təhsil “Təəssüf hissilə qeyd etməliyəm ki, sistemin daxilində qanuna zidd işə qəbul edilən xeyli sayda insan da vardır. Bu problemin həlli üçün biz həm inzibati tədbirlər gorürük, həm də peşə standartları üzərində işləyirik”.
Prezident İlham Əliyevin sədrliyilə Nazirlər Kabinetinin iclasında təhsil naziri Mikayıl Cabbarov həyacanla çatdırdığı bu problemdən indiki zamanda danışırdı. Çox güman ki, nazirin haqqında bəhs etdiyi şəxslər hələ də təhsil sistemində işləyirlər. Lakin yaxın günlərə nəzər saldıqda məlum olur ki, qanunsuz yolla işə qəbulun qarşısını almağa çalışırlar. Araşdırmalar göstərir ki, bu tip siqnallar daha çox qaçqın və məcburi köçkün məktəblərindən, rayon və ucqar kənd məktəblərindən gəlir. Məsələn uzağa getməyək, Baş Prokurorluq Yanında Korrupsiya Qarşı Mübarizə İdarəsi bir ay əvvəl Kəlbəcər və Quba təhsil şöbələrində saxta diplomlar əsasında müəllimlərin işə götürülməsi halını aşkarlamışdı. Hər iki təhsil şöbəsinin müdiri qanunsuz əməllərinə görə istintaqa cəlb edildilər. Paytaxt Bakıda da bu cür qanunsuzluqlar az deyil.
Bakının Nizami rayon, 61 saylı orata məktəbin direktoru Şölə Gülmalıyeva tarix müəllimini işə götürdüyünə və bunun müqabilində 2 500 AZN rüşvət aldığına görə həbs edilib.
Nazirin diqqətə çatdırdığı daha bir məqam isə təhsil müəssisələrinin ərazisinin kənar şəxslər tərəfindən zəbt olunması idi. Mikayıl Cabbarov, özbaşına tikintiyə cəhdin məktəb infrastrukturunun genişlənməsi zərurəti yarandıqda əlavə problemlərə səbəb olduğunu göstərməyə çalışdı. Məsələn, Nərimanov rayonu, 193 saylı orta məktəbin bir vaxtlar balansında olan tikililər özəlləşdirilib. Bu isə sıxlıq yaşanan məktəbə yeni korpus tikməkdə problem yaradır. O da faktdır ki, məktəbin ərazisində tikinti aparılması üstündə qan da düşüb.
Sabunçu rayon, 68 saylı orta məktəbin idman meydançasına daş-qum töküb kafe tikmək istəyən Gülağa Lətifov adlı şəxsə etiraz edən sakinlərdən 4 nəfərə odlu silahdan atəş açılmışdı, onlardan ikisi Fərid Qədirov və Yusif Paşayev ölmüş, daha iki nəfər - Suraxanı rayon polis idarəsinin rəis müavini Akif Nəzərov və oğlu Asif Nəzərov yaralanmışdı.
Məktəbin təsərrüfat şöbəsinin müdiri Lətifə Orucova: “Mənim oğlumu güllələyən gətirib bura daş tökmüşdü, etiraz eləmişəm. Mən 22 ilidir məktəbin zavxozuyam, ona görə balamı güllələdilər”.
Məktəbin torpaq sahəsi üstə savaşa qədər isə sakinlər, həm Təhsil Nazirilyinə teleqram vurmuş, yerli icra hakimiyyətindən isə kömək istəmişdilər. Lakin vaxtında müdaxilə edilmədiyindən məsələ ailələrin faciəsinə səbəb oldu. Özü də məktəbin düz qarşısında. Yerli icra orqanlarında həllini tapmayan məsələ prezidentin müşavirəsinədək gedib çıxdı. İndi gözlər məktəblərin ərazisi ilə bağlı yüksək instansiyaların verəcəyi qərarlara dikilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar