“Transparency International” beynəlxalq qeyri-hökumət təşkilatı futbolda şəffaflıq reytinqini açıqlayıb. Reytinq FIFA üzvlərinin nizamnamə tələbləri və etik qaydalara riayət, maliyyə və fəaliyyət hesabatlılığı meyarları üzrə dəyərləndirilməsinə əsaslanır.
Azərbaycanın futbol təşkilatı AFFA 4 mümkün baldan 3 balla şəffaf federasiyalar arasında yer tutur.
Transparency.az/cnews bildirir ki, Azərbaycanın qonşuları Ermənistanla Gürcüstan 1, Rusiya ilə Türkiyə 2 bal toplayıb.
Futbol təsərrüfatında şəffaflıq reytinqinin ön sıralarında Ingiltərə, Yaponiya, Yeni Zelandiya, Norveç, Isveç və başqaları yer alır.
Ən qeyri-şəffaf federasiyalar arasında Əfqanıstanın, Əlcəzairin və başqalarının futbol təşkilatları var.