ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin həlli üçün dua edir.
anaxeber.info-ın məlumatına görə, həmsədr bu barədə şəxsi Tvitter səhifəsində yazdığı mesajda bildirib. O, problemin həlli yoluunu tapmağa məcbur olduqlarını deyib: “Nə gözəl bir pasxa günüdür. Mənim duam Dağlıq Qarabağ probleminin daimi həlli yolunun tapılması üçündür. ABŞ bu məsələyə necə yardımçı ola bilər? Bunun bir yolunu tapmağa məcburuq.”