Əlcəzair paytaxtının şərqində yerləşən Tizi-Uzu əyalətində "əl-Qaidə" silahlıları tərəfindən hökumət ordusuna hücum edilib.
anaxeber.info-ın "əl-Cəzirə" telekanalına istinadla verdiyi xəbərə görə, ordu qüvvələrinə hücum zamanı 11 əsgər həlak olub, yaralıları xəstəxanaya çatdırarkən daha üç hərbçi də həyatını itirib.
Qeyd edək ki, "əl-Qaidə" silahlılarının bu hücumu son beş ilin ən təhlükəli hücumu hesab edilir.
Bildirək ki, Əlcəzair ordusu bir aydan artıqdır, Tizi-Uzu əyalətinin dağlıq ərazilərində "əl-Qaidə" silahlılarına qarşı təmizlənmə əməliyyatları həyata keçirir.