ABŞ-ın vitse-prezidenti Ukraynaya gedir

21-04-2014, 11:24   

ABŞ-ın vitse-prezidenti Cozef Bayden bu Ukraynaya səfər edəcək. Cozef Baydenin Kiyevə səfəri zamanı Ukrayna baş naziri Arseni Yatsenyuk, prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov və Ali Radanın bir sıra millət vəkilləri ilə görüşü nəzərdə tutulub.
anaxeber.info-ın məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında deyilir.
Vitse-prezident nəzərdə tutulan görüşlərdə Ukrayna iqtisadiyyatının gücləndirilməsi, konstitusiya islahatları, korrupsiya ilə mübarizə və mayın 25-də keçiriləcək prezident seçkilərini müzakirə edəcək.
Xatırladaq ki, Ukraynada ötən ilin sonlarında avrointeqrasiya tərəfdarlarının aksiyaları başlayıb. Yeni il ərəfəsində aksiyalar səngisə də, fevral ayında yenidən vəziyyət gərginləşib. Ölkə prezidenti Viktor Yanukoviç ölkəni tərk edərək Rusiyaya gedib. Onun vəzifələrini isə Aleksandr Turçinov icra edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.