Qalmaqallı ulduz: "Əkiz anası olacağam"

21-04-2014, 11:34   

Əslən vyetnamlı olan Tila Tekila hamiləliyin 10-cu həftəsində olduğunu bildirib.
Gerçək ad və soyadı Tila Nquen olan, Sinqapurda doğulan, valideynləri ABŞ-a köçəndən sonra amerikalı olan müğənni, reper, bəstəkar, fotomodel və teleaparıcının dediyinə görə, noyabrda əkiz anası olacaq.
anaxeber.info TMZ-yə istinadən bildirir ki, "Hollivudun çılğın ulduzu" kimi tanınan, bir neçə pornoqrafik filmə də çəkilən Tila Tekila hamiləliyi barədə Facebook-dakı profilində açıqlama verib.
"Hamiləliyin 10-cu həftəsindəyəm. Bunu artıq sirr saxlaya bilməzdim. Çünki bətnimdəki uşaq mənə hədsiz sevinc və bəxtəvərlik bəxş edib. Tanrım övladlarımı qorusun!" - Tila Tekila yazıb.
Tila Tekila MTV telekanalındakı "A Shot at Love with Tila Tequila" şousundan sonra daha da məşhurlaşmışdı. Bu realiti-şounun iştirakçıları olan kişilər və qadınlar Tekila ilə yatağa girmək uğrunda mübarizə aparırdılar.
Qalmaqallı ulduz: "Əkiz anası olacağam"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar