İlham Əliyev Davudoğlunu qəbul etdi

26-05-2014, 14:31   
İlham Əliyev Davudoğlunu qəbul etdi
Azərbaycan prezidenti İlham Əliyev mayın 26-da Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Əhməd Davudoğlu Türkiyə prezidenti Abdulla Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
İ.Əliyev Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin yeni formatda keçiriləcək görüşünün önəmini vurğuladı və bu görüşün nəticələrinin uğurlu olacağına əminliyini ifadə etdi. Prezident İlham Əliyev xarici işlər nazirləri səviyyəsində keçirilən bu cür görüşlərin ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün səmərəli bir format olduğunu vurğulayıb.
Əhməd Davudoğlu ölkələrimizin təşəbbüsü ilə reallaşan Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan və Türkiyə-Azərbaycan-Türkmənistan arasında yeni əməkdaşlıq formatının əhəmiyyətini qeyd etdi.
İ.Əliyev A.Gülün və Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.