Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanlı idmançı erməniyə aman vermədi - VİDEO

16-04-2016, 17:11   

Güləşçimiz Cəbrayıl Həsənov erməni idmançını məğlub edərək Olimpiadaya vəsiqə qazanıb. Fanat.az xəbər verir ki, Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri davam edir. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqə qazanır.

Sərbəst güləş yarışlarında 74 kq çəkidə mübarizə aparan pəhləvanımız Cəbrayıl Həsənov ardıcıl olaraq Moldovadan Aleksandru Burcanı, Polşadan Kristian Brzozovskini tam üstünlüklə məğlub edib. Yarımfinalda erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçimiz turnirin finalına yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu gün final görüşləri saat 21:00-da başlayacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar