Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Real Madrid" kuboku qazanmağa peşman oldu

28-05-2014, 11:25   
"Real Madrid" kuboku qazanmağa peşman oldu
"Real Madrid" klubu futbolçularına mükafat kimi 30 milyon avro ödəyəcək.

ANS PRESS-in məlumatına görə, Çempionlar Liqasında istəyinə çatan "Kral klubu" imzalanan müqavilələrə əsasən texniki heyət və futbolçulara yüksək miqdarda pul ödəmək məcburiyyətində qalıb.

"Real Madrid" Çempionlar Liqasın kubokunu qazansa da ödəyəcəyi mükafatla büdcəsi xeyli azalacaq. Klub hər futbolçusuna 600 min avro mükafat verəcək. "Real Madrid" klubu İspaniya Kral kubokunu da qazanaraq komanda heyətinə xeyli miqdarda pul xərcləyib. Belə ki, "kral klubu" komanda heyətinə əlavə 60 min avroluq mükafat verib.

Əgər klub İspaniya La Liqasını da qazanardısa oyunçuların hər birinə 250 min avro daha ödənəcəkdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar