Cavanşir Məmmədov həyat yoldaşını niyə döyüb?- Açıqlama

21-04-2014, 12:33   

Əməkdar artist Cavanşir Məmmədov canlı yayımda həyat yoldaşını döydüyünü etiraf edib. Mövqe.az xəbər verir ki, "Oturduğumuz yerdə" verlişinin hələ efirə getməyən buraxılışında müğənni 30 ildən artıqdır birlikdə olduğu həyat yoldaşını cəmi bir dəfə döydüyünü açıqlayıb: "Evləndiyimizdən bir həftə keçirdi. Müğənnilərin də gecə həyatı hər kəsə məlumdu. Yəni, toylara gedirik, evə gec qayıdırıq. Saat 4 idi evə gəldim, gördüm qapını açan xanımım mızıldayır ki, evə də bu vaxt gələrlər. Saat gör neçədi filan. Ona bir sillə vurdum və başa saldım ki, sənin əlin göydə olsun ki, təki mən hər gün belə gec gəlim. Evə qazanc gətirim. O da öz səhvini anladı". Kişinin bəzən xanımını döyməyinə haqq verən müğənni hal-hazırda ailəsində çox xoşbəxt olduğunu da açıqlayıb
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar