"Fənərbaxça"nın ÇL şansı

28-05-2014, 11:44   
"Fənərbaxça"nın ÇL şansı
"Fənərbaxça" klubu İsveçrə Federal Məhkəməsinə müraciət edib.

Klub müraciətdə Beynəlxalq Təhkim Məhkəməsinin (CAS) qərarının ləğv edilməsi və araşdırmanın dayandırılması tələblərini irəli sürüb.

Bu barədə klubun rəsmi internet səhifəsindən də məlumat paylaşılıb.

Xatırladaq ki, "Fənərbaxça" klubu ölkə futbolunda danışılmış oyunlarla bağlı (şike) açılan cinayət işindən sonra CAS-ın verdiyi qərarla Avropa kuboklarından uzaqlaşdırılıb. əgər İsveçrə Federal Məhkəməsinə edilən müraciətə müsbət cavab verilərsə, klub bu il Çempionlar Liqasıında iştirak edə biləcək.

Qeyd edək ki, "Fənərbaxça" bu il Türkiyə çempionatını birinci pillədə başa vurub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.