"Atletiko" La Liqada qazandığı kuboku Bakıya gətirdi
Türkiyəli futbolçu Arda Turan Azərbaycana gəldi.
Bir neçə saat öncə İspaniyanın "Atletiko" futbol klubunun prezidenti Enrike Serezo, klubun baş katibi Anxel Gil Marin, komandanın kapitanı Qabi və türkiyəli futbolçu Arda Turan Bakıya gəlib.
ANS PRESS-in məlumatına görə, bura gəlməyə səbəb Madrid təmsilçisinin La Liqa çempionluğu sevincini Azərbaycan ictimaiyyəti ilə bölüşməkdir.
"Land of fire Azerbaijan" formalı komanda cari mövsüm qazandığı La Liqa çempionluq kubokunu da Bakıya gətirib.