Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gülər Əhmədova şeir yazdı, Mətanət İsgəndərli mahnısını oxudu - VİDEO

16-05-2016, 14:13   
Gülər Əhmədova şeir yazdı, Mətanət İsgəndərli mahnısını oxudu - VİDEO
Sabiq deputat Gülər Əhmədova bəstəkar Xanım İsmayılqızının musiqisini bəstələdiyi “Bayrağım” adlı mahnının sözlərini yazıb. 2012-ci ildə yazılan mahnı bu günlərdə üzə çıxıb.

G.Əhmədova sosial şəbəkədə müğənni Mətanət İsgəndərli tərəfindən səsləndirilən mahnını paylaşıb. Musavat.com xatırladır ki, “Bayrağım”ın yazıldığı 2012-ci ildə X.İsmayılqızı mediaya açıqlamasında demişdi ki, mahnı olduqca uğurlu alınıb: “Mahnı hər bir azərbaycanlı üçün müqəddəs sayılan milli bayrağımıza həsr olunub. Bəstədə demək olar ki, bir çox vətənpərvər mövzulara toxunulub. Çağırış üslubunda olan mahnının sözləri insanda fəxr hissi yaradır”.

Mahnının o zaman əməkdar artist Mətanət İsgəndərliyə təqdim olunduğu deyilmişdi. Hətta müğənninin bu mahnıya klip çəkdirəcəyi də nəzərdə tutulmuşdu. Qeyd edək ki, “Bayrağım” mahnısından əlavə bəstəkar sözləri deputat G.Əhmədovaya məxsus başqa bir mahnı da bəstələyib. Bu mahnının isə xalq artisti Flora Kərimova tərəfindən ifa ediləcəyi gözlənilirdi.

Musavat.com-a açıqlamasında G.Əhmədova dedi ki, “Bayrağım” onun vətənə olan hisslərini ifadə edir: “Mən hər zaman inanmışam ki, bir gun Azərbaycan bayrağı Zəngəzurda dalğalanacaq. Şəhidlərə borcumuz var. Hamılıqla. İndi əlimdən bu gəlir. Yeni bir şeirim də var - “İgid əsgər”. Şəhidlərin nə özləri, nə də balalarının şəkilləri gözümdən getmir”.

“Bayrağım” şeirinin iki bəndini təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=l1IxYUyrtxs]
Nə xoşbəxtəm, torpaq üçün ölsəm şərəfdir
Anamın da göz yaşları yandırsa qəlbi
Bayraq tutan əllərimi tutsun dost əli
İki gözüm, qanım-canım, mənim bayrağım....
Biz övladıq, qurban olsun vətənə canım
Bir nərəyə düşmənlərin yararıq bağrın
Salam göndərək Zəngəzura, Qarabağa
Çox keçməz ki, sevindirrik şəhid ruhların

Şəhidlərin qanı axdı, ondan rəng aldın
Anaların ahı qalxdı, ondan rəng aldı
Allah deyən sərkərdələr nərə çəkdilər
Nəfəsindən, imanından, ondan rəng aldı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar