Əməkdar artist Vəfa Zeynalova “Günəbaxan” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, aktrisa şəxsi həyatı ilə bağlı heç vaxt danışmayacağını deyib:
“Şəxsi həyatımı efirə çıxarmaq istəmirəm. Bununla bağlı heç bir suala da cavab vermirəm. Tamaşaçının ailəmə müdaxilə etməyini sevmirəm. Bu mənim həyatımdır, mənim ailəmdir. Yalandan xəbər çıxdı ki, Vəfa boşanıb, ikinci dəfə ailə qurub... Nə boşanmamışam, nə də ikinci dəfə ailə qurmamışam. Ailəm var, çox xoşbəxtəm”.
Verilişdə qonaq olan aparıcı Isa Şükürün “Vəfa xanımın şəxsi həyatının gündəmə gəlməsinə çəkildiyi filmdəki erotik səhnə səbəb oldu” sözlərinə qarşı tərəf belə cavab verib:
“O erotikadır? Səncə, onu erotika adlandırmaq olar?”