Futbol üzrə Türkiyə milli komandasının və “Beşiktaş”ın məşhur futbolçusu Gökhan Törenin başına iş gəlib. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu gecə klublarının birində silahlı hücuma məruz qalıb. Naməlum şəxslərin silahlı hücumuna məruz qalan Töre yaralanıb və yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb. Hadisə zamanı daha 4 nəfər yaralanıb.