Bakı ''Formula-1''də qəza - 6 bolid toqquşdu (FOTOLAR)

18-06-2016, 13:16   
Bakı ''Formula-1''də qəza - 6 bolid toqquşdu (FOTOLAR)
Bakı ''Formula-1''də qəzaBakı şəhər halqasında GP2 seriyası üzrə birinci yarışa start verilib

Politika.Az xəbər verir ki, yarışın ilk döngəsində qəza baş verib. Qəza nəticəsində 6 pilotun bolidi toqquşub və nəticədə pilotlar mübarizədən kənarlaşmalı olublar.

Məlumata əsasən qəzaya görə yarışdan kənarlaşan pilotlar bunlardır: Filo Pas Armand (“Trident”) Marvin Kirkqover (“Karlin”) Pyer Qasli (“Prema Racing”) Serxio Kanamasas (“Karlin”) Aleks Linn (DAMS) Nikolya Latifi (DAMS)

Xatırladaq ki, GP 2 seriyası üzrə ilk yarış 65 dəqiqə və ya 170 kilometr təşkil edir. GP2 seriyası üzrə birinci yarışın nəticələrinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanacaqlar. Qeyd edək ki, GP2 seriyası iki yarışdan ibarətdir. GP 2 seriyası üzrə ikinci yarış isə 1 saat çəkəcək və iyunun 19-u bakı vaxtı ilə saat 14:00-da başlayacaq.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar