Ukraynanın sabiq baş naziri Nikolay Azarov barəsində axtarış elan edilib. anaxeber.info-ın RİA Novosti agentliyinə istinadən bu barədə Ukraynanın baş prokurorunun vəzifəsini icrə edən Oleq Maxnitski bildirib.
"Azarov barədə iş açılıb, xüsusilə də bu hakimiyyətdən və xidməti vəzifəsindən sui-istifadə edilməsindən bir epizoddur. Cinayət işi başa çatıb, ona şübhələr barədə elan olunub və həmçinin barəsində axtarış elan edilib", - Maxnitskiy deyib.
Onun sözlərinə görə, həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.