Aygün Kazımova ilə bağlı dəhşətli sirrin üstü açıldı

4-07-2016, 16:40   


“ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasının qonağı əməkdar artist Elza Seyidcahan olub.
Aktual.az-ın məlumatına görə, müğənni gündəmdə olan mahnıları bəyənməyib.
O, bəzi bəstələrə “zəhlətökən” adını qoyub:
“Hitlər var ki, radioda gündə on dəfə reklam olunurlar. İlk qulaq asanda deyirsən, bu nədir? Amma o qədər səsləndirirlər ki, yaddaşa yazılır. Bunlara “zəhlətökən” mahnılar deyirəm. Eyni tərzdə mahnılar üçün studiyaya girirlər və “hit” adlandırırlar. Gənc dinləyiciləri də yoluxdururlar”.
E.Seyidcahan müğənni Ceyhun Əliyevin xalq artisti Aygün Kazımovaya yazdığı mahnını onuncu yerə layiq görüb və bəyənməyib:
“Bu mahnıda Aygün xanıma aid heç nə yoxdur. Bəstənin içərisindəki sözlər sevdiyi xanıma aiddir. Sevdiyi qadın Aygün Kazımova deyil, o, ailəli adamdır. Hamam suyu ilə özünə dost tutur.
Nadir Qafarzadə doqquzuncu olsun. Əgər “Maral” mahnısı tutubsa, arxasınca ona bənzəyən on bəstə ifa edib, zəhləmizi tökməsin. Bu mahnılardan Nadirin qarderobunda çoxdur. Nə qədər belə mahnılar oxuyacaq?”.
E.Seyidcahan Günay İbrahimlini səkkizinci yerə layiq görüb və mahnısını bəyənməyib:
“Günayın bu mahnısı ürəkləri yox, ayaqları tərpədir.
Murad Arifin mahnısı yeddinci olsun. Bu mahnı zamanın, gündəmin bəstəsidir. Ancaq “dondurma” sözünü yadımda saxlamışam, başqa heç nə yoxdur.
Əhməd Mustafayevin səsi yaxşıdır, Mədinə Mumtazınki isə yaxşı deyil. Onları altıncı yerə qoyuram.
Rəqsanə və Adilin İlhamə Quliyevanın repertuarından oxuduğu mahnı çox yaxşıdır. Onları həftənin beşincisi edirəm. Həftənin dördüncüsü isə özünəməxsus tərzi olan Rəhim Rəhimlidir”.
Müğənni Sevda Ələkbərzadəni üçüncü yerə layiq görüb və ona iradını bildirib:
“Sevda Ələkbərzadənin oxuduğu mahnıları bəyənirəm. Sadəcə, xalq mahnılarına dəyişiklik edəndə bəyənmirəm.
Zülfiyyə Xanbabayevanı həftənin ikincisi hesab edirəm. Az və təmiz oxuyar. Şablon oxumur, repertuarını heç kimə bənzətmədi.
Bu meydana çox müğənnilər gəlir. Bura elədir ki, güclü gücsüzü atır. Brilliant Dadaşova neçə illərdir vuruşur, heç vaxt kənara atılmır, atır. Onu birinci edirəm. Onun mahnısı gündəmdə qalacaq. İfası beynimizin damarlarını tərpədir”.
E.Seyidcahan bir müddət əvvəl onu “Hit-parad”dan uzaqlaşdıran Miri Yusifi tənqid edib:
“Mən burada yoxamsa, Miri Yusif də qalmasın. O oxuyanda ha çalışıram sözlərini başa düşüm, alınmır. Miri Yusif “Bomba kimidir”, qorxuram buraları partladar, getsə yaxşıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.