Şou-biznesin çoxuşaqlı anası statusu almış Elnarə Xəlilovanın körpəsinin dünyaya gəlişinin görüntüləri yayılıb.
Publika.az 1Xəbər.com-un məlumatına görə, fotoşəkili qeysəriyə əməliyyatını həyata keçirən həkim paylaşıb. Sözügedən foto maraqla qarşılanıb.
Müğənni Elnarə Xəlilova dünən gecə üçüncü oğlan övladını dünyaya gətirib. Qeysəriyə yolu ilə doğulan körpənin boyu 52 sm, çəkisi 3.600 kq-dır.
Xatırladaq ki, Elnarə Xəlilova tele-jurnalist Rövşən Cahangirovla ailəlidir. Onların Burlaxatun adlı 1 qızı, Tuğər və Öndər adlı 2 oğlu var. Yeni doğulan körpəyə Ərtoğrul adı verilib.