“Barselona” karyerasını bitirən ulduz futbolçusu Karles Puyola klubda vəzifə verib.
Puyol “Barsa”nın idman direktoru Subisarretanın departamentində çalışacaq. O, Subisarretanın köməkçisi olacaq.
Futbolçu bununla bağlı fikirlərini bölüşüb:
“İndiyə qədər mənə verdiklərinə görə klubuma təşəkkür etmək istəyirəm. Yeni işimdə də əlimdən gələn hər şeyi edəcəm ki, klubum üçün uğurlu olsun. Hazırda mənə zədəmi sağaltmaq və istirahət etmək üçün bir qədər vaxt lazımdı. Ancaq yeni vəzifəmin icrasına başlayacağım günü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Puyol komandada yeni vəzifəsinin icrasına sentyabr ayından başlayacaq.