"Bakının Nobel prospektində baş verən çökmə ilə əlaqədar yolda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub"
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, bu gün Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun çıxış hissəsinə yaxın ərazidə, paytaxtın Zığ qəsəbəsində şəhər istiqamətindəki yolun tam ortasında baş vermiş çökmə ilə əlaqədar həmin yol üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: "Hazırda Nobel prospektinin Boru keçidi küçəsi ilə kəsişməsindəki işıqforla tənzimlənən yolayrıcından şəhər istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərə alternativ yol kimi Boru keçidi ilə Süleyman Əhmədov küçəsinə, oradan da Babək prospekti ilə hərəkət etmələri tövsiyə edilir".