Bakıda "Mc Donalds"a qarşı şok iddia

21-04-2014, 18:36   
Bakıda "Mc Donalds"a qarşı şok iddia
Aprelin 28-də Nəsimi rayon Məhkəməsində zərərçəkmiş Rolan Məmmədovun “Mc donalds” restoranlar şəbəkəsinə qarşı 50 min manatlıq iddiasına baxıılacaq.
Bu sözləri Aktual.az-a zərərçəkmiş Rolan Məmmədovun vəkili Anar Qasımlı deyib.
Onun sözlərinə görə, məhkəmənin yubanmasına səbəb Nəsimi rayon Məhkəməsi ilə aralarında yaranan anlaşılmazlıq olub:
“Qanunda belə bir müddəa var ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar işlərə şəxsin yaşadığı yer üzrə baxıla bilər. Amma Nəsimi rayon Məhkəməsindən bizə bildirdilər ki, bunu cavabdeh tərəfin qeydiyyatda olduğu ünvana - Nərimanov rayon Məhkəməsinə verin. Biz də şikayətimizi ora verdik və şikayətimizi qəbul etdilər”.
Xatırladaq ki, Bakı sakini Rolan Məmmədov martın 3-də Nizami küçəsində daimi müştərisi olduğu "Mc Donalds”dan sifariş etdiyi "Sezar" salatının içindən ilbiz çıxdığını iddia etmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.