Səmra hicablıları təhqir etdi: "Çoxları kimi çarşaba bürünüb ..."
"Evrovision" təmsilçimiz Səmra Rəhimli bu gün haqqında yayımlanan "Məmur oğlu ilə Səmra bir arada" xəbərindən narahat olub. İfaçı bildirib ki, Qaradağ Rayonu Polis İdarəsinin Yol Polisi Şöbəsinin sabiq rəisi Sahib Hümbətovun oğlu Elvin Hümbətov onun sinif yoldaşıdır, aralarında heç bir gizli münasibət yoxdur.
Qəzəblənən ifaçı bu barədə belə qeyd edib:
"Mən dillənmədikcə, siz lap ağ eləyirsiniz. Mənim hüququm var, sizin hamınızı məhkəməyə verməyə. Az qala evinizdəkilərin şəklini paylaşasınız. Bugünkü xəbərdən sonra səbr kasam artıq doldu. Bəsdir daha. Mən sinif yoldaşımla görüşüb kafedə otura bilmərəm? Səviyyəsizliyinizi gərək hərtərəfli göstərəsiniz? Bilmirsiniz Səmranın nəyinə ilişəsiniz . Heç nə tapa bilmirsiz axı , əvvəl başladınız geyimdən yazmağa, indi də adıma başqa böhtanlar atırsınız , ay yazıqlar ! Bakı balaca şəhərdir.
Kimin nə yolla, nə etdiyini hamı bilir ! Mənim şəxsi həyatımla maraqlanıb, mənim hər addımımı izləyincə, gedin ailənizin namusunu çəkin. Hər kəs öz ailəsi ilə məşğul olsun, hamının anası da var, bacısı da var, mənə ayırdığınız vaxtın 10 faizi onlara ayırın və bəlkə öz gözünüzdə tiri görəndən sonra mənim gözümdə çöp axtarmaqdan əl çəkərsiniz. Bundan sonra məndən qorxun ! Hər biriniz cavablarınızı alacaqsınız! Danışanda avropalıları pisləyirsiniz, heç olmasa onlardan bir az mədəniyyət öyrənin ! Kaş ki, hamı lüt gəzərdi. Amma tərbiyəli olardı. Nəinki bir çoxları kimi çarşaba bürünüb min rola girib özlərini avam, tərbiyəli, ev xanımı kimi göstərməkdənsə".